Azərbaycan mindən çox əcnəbiyə 48 saat vaxt qoyub
Fevral ayı ərzində 1709 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Onlardan 13-nün Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub.
128 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1240 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 328 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində müxtəlif məsələlər ilə bağlı 9377 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 37 104 əcnəbinin müraciəti qeydə alınıb.
Mənbə:> Oxu.Az