Bakıda obyektlər ucuzlaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda obyektlər ucuzlaşıb

Bakıda obyektlər ucuzlaşıb


Ümumilikdə fevral ayı ərzində Bakının kommersiya obyektləri bazarında qiymətlərdə azalma müşahidə edilsə də, ümumi satış portfelində təkliflərin sayında artım baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında vurğulanıb.

“Alıcılıq qabiliyyəti aşağı səviyyədə olduğundan, bazarda təklif edilən əmlakların hər ay müəyyən səviyyədə artmağını normal hesab etmək olar. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 20,5% artaraq 79 ədəddən 95 ədədə qalxıb”, - deyə hesabatda vurğulanır.

Bundan başqa, hesbata görə, Bakıda obyektlərin orta satış qiyməti 2,61% azalıb:

“Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakların orta satış qiymətinə gəldikdə isə, son fevral ayında -2,61% azalma qeydə alınıb.

Yanvar ayında 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti 2877 $ olduğu halda, bu rəqəm fevral ayında 2802 $ olub. Ay ərzində seqmentlər üzrə ən çox qiymət azalması “mağaza” təyinatlı obyektlərdə müşahidə edilib.

Yanvar ayında “mağaza” təyinatlı obyektlərdə qeydə alınan qiymət 3235 $ olduğu halda, fevral ayında təklif qiyməti -3,2% azalaraq 3130 $ bəndində qərarlaşıb. Nisbətən qiymət artımı isə “xidmət” təyinatlı obyektlərdə qeydə alınıb.

Yanvar ayında bu seqment üzrə qeydə alınan qiymət 2244 $ olduğu halda, fevral ayında təklif qiyməti 1,3% artaraq 2273 $ bəndində qərarlaşıb”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *