İran neft ixracını artırmaqda davam edəcək
İran, xammalın zəngin olduğu dünya bazarına gün ərzində 1 milyon barel neft ixracına dair planlarının həyata keçirilməsinə davam edəcək.
Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə CNN ərəb xidməti, İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani-Niyanın Amerika teleradio şirkətinə verdiyi müsahibəsində söylədiklərinə istinadən məlumat yayıb.
“Bu sarsıntıların səbəbi İran deyil. Biz sanksiyalardan canımızı yeni qutardığmız halda, yenidən onlara mübtəla olmaq istəmirik”, - İranın yüksək vəzifəli məmuru xammalın qiymətlərinin ucuzlaşmasını şərh edərkən bildirib.
İran hasilatı sanskiyalara qədərki səviyyəyə qədər artırmaq istəyir, bununla yanaşı isə cari problemlərin müzakirəsindən və gələcəkdə fəaliyyət strategiyasını hazırlamaqdan da imtina etmir.
Neftin hasilatının dondurulmasına dair razılaşmanı şərh edərkən Əmir Hüseyn Zamani-Niya bəyan edib ki, bazardakı xammal bolluğu problemini həll etməyə görə məsuliyyət başqa ölkələrin üzərinə düşür.
CNN qeyd edir ki, öz şərhlərində, dünya KİV-in məlumatına görə, bu təşəbbüsü “zarafat” adlandıran İranın neft naziri Bijan Namdar Zanqanedən “daha diplomatik” davranıb.
Ölkə iqtisadiyyatına sərmayələrdən danışarkən Əmir Hüseyn Zamani-Niya bildirib ki, ölkəyə neftin hasilatının bir sutkada 1 milyon barelə qədər artıracaq xarici məqsədli investisyalar gərək deyil. İran hərtərəfli inkişaf üçün daxili uzunmüddətli maliyyəyə tələbat hiss edir.
“Biz 40-45 milyard dollar investisiya cəlb edəcəyimizə şübhə etmirik”, - o bəyan edib.
Mənbə:> Oxu.Az