Xaricdən gələn məhsul Gədəbəy kartofunu niyə geridə qoyur? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Xaricdən gələn məhsul Gədəbəy kartofunu niyə geridə qoyur?

Xaricdən gələn məhsul Gədəbəy kartofunu niyə geridə qoyur?


İkinci çörək adlanan kartof əkininə liderlik edən Gədəbəydə indi vəziyyət başqadır. Fermerlər deyir ki, torpaq həmin torpaqdı, qolda həmən qol. Amma münasibət fərqlidir.

ATV-nin qərb bürosuna danışan gədəbəylilər deyir ki, Türkiyədən, İrandan və s. kartof gətirilir: “Ucuz verirlər deyə üstünlük onlara verilir. Ancaq Gədəbəyin keyfiyyətli kartofunun günü-gündən qiyməti enir. Ona görə heç həvəs də olmur camaatda. Çoxlarının yeri əkilmir otlaq kimi qalıb.

Hazırda hektarlarla boş qalan sahələrin əkilməməsində digər səbəb məhsulun satışında yaranan çətnilikdir: “Şınıxla mərkəzin arası çox uzaqdı, 530 kilometr. Məsələn, Şınıxda kartofumuzu istehsal edirik, amma bunu satmağa yerimiz yoxdur. Yəni bazamız var, məhsulumuz var, amma bunu satmaq üçün yerimiz çox uzaqdır. Nəqliyyat xərcimiz daha çox çıxır. Bakıya aparmaq da çox baha başa gəlir; Son zamanlar xarici dövlətlərdən kartof axını Azərbaycana çox gəldiyi üçün vətəndaşlarda kartof səpininə meyl azaldı. Hətta əvvəlki illərdə kartof Gədəbəydə 10 qəpiyə düşdü. Maya dəyəri 30 qəpiyə başa gələn kartofun bir kiloqramı 10 qəpik oldu. Bütün kartoflar qaldı padvalda. Ona görə də bazar işləmədi, camaatda da meyl olmadı”.

Gədəbəydə kənd təəsərrüfatı sahəsində yaranan problemlər bununla bitmir. Fermerlər maldarlığın inkişaf etdirilməsində də çətinlik çəkir: Keçən il mənim 780 baş quzum olub, onu sata bilməmişəm. Bizdən quzunun kilosunu 5-6 manata alıb, aparıb Bakıda 10 manata satırlar”.

Hələ bu harasıdır, deyilənlərin üzərinə texnika çatışmazlığını da gəlsək, Gədəbəyin Kənd Təsərrüfatı Nazirliyinin yadından çıxdığını düşünmək olar: “Traktor texnikaları azdı. Məsələn, kartof səpəndi, taxıl səpəndi bunlar da çox azdı. Bu aqrolizinq tərəfindən bizə verilsə, camaata şərait yaradılsa, daha yaxşı olar. Yerli, keyfiyyətli, dərmansız mala qiymət verərlərsə, hər halda Gədəbəy kartofu bir də öz sözünü deyəcək”.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 26 fevral 2016 07:00
  • Yazan: baobao
The Swiss rolex watches is not one of the most popular Discount Designer Handbags out there, but still a lovely sought after piece. What I love most about this Rolex Watches is the large envelope style and rich navy blue hue. It’s definitely a statement Replica Designer Handbags, perfect for the up-coming spring summer nautical -esque season.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *