Deputat: Banklar gəlirlərini müştərilərlə bölüşməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Deputat: Banklar gəlirlərini müştərilərlə bölüşməlidir

Deputat: Banklar gəlirlərini müştərilərlə bölüşməlidir


Hər bir kommersiya bankı öz reputasiyası naminə qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməlidir.

AzNews.info “Report”-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dollarla krediti olanların probleminin həlli istiqamətində atılacaq addımlarla bağlı sualın cavabında bildirib:

"Sevindirici haldır ki, artıq bəzi banklar öz müştəriləri ilə əlaqə saxlayır, konkret addımlar atır".

"Düşünürəm ki, hər bir kommersiya bankı müştərisini qorumaq üçün imkanlar axtarmalıdır, müştəriləri ilə görüşməlidir. Bu, bütövlükdə dövlət səviyyəsində həll olunmur. Dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib, sosial proqramların həyata keçirilməsində nə kəsir var idisə, həyata keçirib.

Hər bir kommersiya bankı öz reputasiyası naminə özünün qazandığı gəlirlərin bir hissəsini müştərilərlə bölüşməldir", - deyə Z.Səmədzadə qeyd edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *