Dollarla krediti olanlara xəbər var » AzNews.info -Xəbər portalı

Dollarla krediti olanlara xəbər var – VİDEO

Dollarla krediti olanlara xəbər var


Dollarla krediti olanlara hansi güzəştlər ediləcək? Banklar artıq müştərilərə güzəştlər tətbiq etmək məsələsində yekdil qərara gəliblər.

Devalvasiyaya görə bankların itirdiyi vəsaitlər də kompensasiya edilə bilər. Sualları Banklar Assosiasiyasının sədri Zakir Nuriyev cavablandırır.

Devalvasiyadan sonra sosial şəbəkələrdə, eləcə də bəzi xəbər saytlarında dollar kreditləri olanlara güzəştlər ediləcəyi ilə bağlı xəbərlər yayıldı. Bəs əslində banklar müştəriləri üçün hansı real güzəştləri həyata keçirmək fikrindədirlər?

Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bankların nizamlı və aldığı krediti ödəməkdə maraqlı olan müştərilərə qarşı etməyə hazırlaşdığı güzəştlərə diqqət çəkib.

Banklar Assosiasiyasının rəhbəri eyni zamanda bankların devalvasiyaya görə itkilərin qaytarılması üçün hazırda maraqlı bir təklifin olduğunu söyləyib.

Zakir Nuriyev bu təklifin qəbul oluna biləcəyi təqdirdə həm bankların, həm də kredit alanların problemlərinin böyük qisminin həllini tapacağını vurğulayıb .

Devalvasiyadan sonra ən diqqətçəkən məqamlardan biri isə insanların banklardakı əmanətləridir. Həmin əmanətlərin banklarda saxlanmağa davam etməsində maraqlı olması üçün hazırda Banklar Assosiasiyası Mərkəzi Bankla ciddi iş aparır. Əsas hədəf isə fiziki və fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların əmanətləri də daxil olmaqla banklardakı bütün əmanətlərin ən azı 3 il müddətinə sığortalanmasıdır.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *