Kreditlər bağışlana bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Kreditlər bağışlana bilərmi?

Kreditlər bağışlana bilərmi?


Azərbaycandakı devalvasiyadan sonra vaxtı keçmiş kreditlərin məbləği sürətlə artsa da, bu, birbaşa bank sektorunun problemi deyil.

AzNews.info fins.az-a istinadən bildirir ki, bunu ATV kanalının "İqtisadi zona" verilişində Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, problemli kreditlərin artması ölkə iqtisadiyyatında baş vermiş mənfi dəyişikliklərin bank sisteminə təsirinin nəticəsidir.

Zakir Nuriyev son günlər geniş müzakirə obyekti olan vaxtı keçmiş kreditlərin bir hissəsinin bağışlanması barədə də fikrini bildirib:

"Kredit borclarının bağışlanması kimi bir anlayış yoxdur. Kredit borcu yalnız o halda bağışlana bilər ki, borcalan həyatda olmasın və krediti zaminsiz götürmüş olsun. Digər bütün hallarda banklar borclunun borcu ödəməsinə nail olmalıdır.

Bu gün Azərbaycanda 2,5 milyon kredit götürmüş vətəndaşımız var. Eyni zamanda isə təxminən 7,5 milyon əmanət hesabı olan vətəndaşımız var. Kredit borcunun bağışlanması, ödənilməməsi, faizlərin dondurulması kimi məsələlər ortaya qoyulan zaman biz milyonlarla əmanət hesabını sual altında qoymuş oluruq. Ona görə bu məsələ ümumiyyətlə müzakirə edilməməlidir".

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *