Türkiyə qapılarını Rusiya yük maşınları üçün bağladı
Türkiyə ərazisindən Rusiya nəqliyyatı ilə daşımalar mümkünsüz oldu.
Oxu.Az RNS-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (BADA) məlumat yayıb.
Xəbər verildiyi kimi, bu, 2016-cı ilin yanvar ayının 31-də, Türkiyə tərəfinin 2015-ci ildə verdiyi izninin bitdikdən sonra baş verib.
“İndiyədək türk tərəfi ilə 2016-cı il üçün icazə kontingenti razılaşdırılmayıb”, - BADA bildirib.
Rusiya Nəqliyyat Nazirliyi məsələnin həllinə dair tədbirlərin görüldüyü barədə məlumat yayıb, Türkiyə tərəfinə icazə mübadiləsinə dair yenidən sənədlər göndərilib.
BADA əlavə məlumat əldə edildikdən sonra onu saytında yerləşdirəcəyini vəd edib.
Mənbə:> Oxu.Az