SOCAR dizel yanacağı ixracını kəskin azaldıb
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin yanvar ayında 73 min 823 ton dizel yanacağı (bir ildə 33,6% azalma), 41 min 734 ton təyyarə yanacağı (2,6 dəfə artım), 7 min 78 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 526 ton maye piroliz qətranı, 3 min 97 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
2016-cı ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 400,35 dollar, təyyarə yanacağının - 293,48 dollar, dizel yanacağının - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti 130,85 dollar təşkil edib.
Bundan başqa, SOCAR-dan qeyd edilib ki, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 30,70 dollara, Urals nefti - 29,58 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 32,33 dollara satılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli