SOCAR dizel yanacağının ixracını azaldıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR dizel yanacağının ixracını azaldıb

SOCAR dizel yanacağının ixracını azaldıb


SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 min 315 ton dizel yanacağı ixrac edib. Bu da ötən ilin anaoloji dövrü ilə müqayisədə 14% azalma deməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı son hesabatda bildirilib.

“8 min 52 ton təyyarə yanacağı (61% azalma) 8 min 598 ton yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 min 788 ton dizel yanacağı (ötən illə müqayisədə azalma 3%), 236 min 532 ton təyyarə yanacağı (20% artıb), 280 ton soba mazutu (57% azalama), 8 min 598 yon yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edilib”, - deyə SOCAR-dan qeyd edilib.

Şirkətdən onu da bildiriblər ki, 2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının - 362,95 dollar, dizel yanacağının - 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *