Əbülfəz Qarayev işləməyən əməkdaşlarını ixtisarlarla hədələdi » AzNews.info -Xəbər portalı

Əbülfəz Qarayev işləməyən əməkdaşlarını ixtisarlarla hədələdi

Əbülfəz Qarayev işləməyən əməkdaşlarını ixtisarlarla hədələdi


Mədəniyyət və Turizm Nazirliyində ötən ilin axırında islahatlar keçirildi, şöbələr dəyişdirildi. Bu proses davam edəcək. Lazım olan yerlərdə işləməyən müəssisələr ixtisar olunacaq.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, rəhbərlik etdiyi strukturda işlək və müasir üsullarla çalışan təşkilatların inkişafına təkan veriləcək.

Ə. Qarayev əlavə edib ki, Bakıda növbəti xalça simpoziumu keçiriləcək:

“Bu sahədə müvafiq təşkilatlarla əməkdaşlıq edəcəyik. Amma mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu çağırış dövlət tərəfindən olmamalıdır.

Bu, yeni bir biznes fəaliyyəti olmalıdır. Azərbaycan xalçasının inkişafına töhfə verməklə yanaşı, həm də yeni iş yerləri yaradılmalıdır”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *