Pensiyaya çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkə » AzNews.info -Xəbər portalı

Pensiyaya çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkə

Pensiyaya çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkə


Amerikanın Internationalliving.com nəşri pensiyaya çıxandan sonra yaşamaq üçün ən yaxşı ölkələrin reytinqini hazırlayıb.

Oxu.Az xəbər verir ki, siyahıya ümumilikdə 23 dövlət daxil edilib. İlk pillədə Kamboca qərarlaşıb.

Birinci yerin Kamboca krallığına verilməsinin əsas səbəbi kimi bu ölkədə yaşayışın ucuz olması göstərilir. Belə ki, reytinqi hazırlayanlar əhalinin gündəlik xərclərini nəzərə alıblar - ərzaq mağazalarında qiymətlər, kommunal xərclər, idman zallarında abonementlər, kinoteatra biletlər, restoranlarda orta qiymətlər və sairə. Müəlifflər həmçinin qeyd ediblər ki, söhbət yalnız dollarla pensiya alan əhalidən gedir.

Kambocanın paytaxtı Pnompendə iki otaqlı evin kirayəsi ayda 300 dollar, yerli mətbəxli restoranda bir nəfərin naharı 3-4 dollar, avropa və ya amerika mətbəxli restoranlarda 6-8 dollar. Fransız və ya avstraliya şərabının bir şüşəsi 10 dollar, pivə isə - 50 sentdir.

Əgər pensiyaçılar ərzaqları supermarketlərdə almağı üstünlük verəcəklərsə, bu onlara ayda 150 dollara başa gələcək. Həmçinin 71 dəqiqə beynəlxalq danışıqlar daxil olmaqla, mobil rabitə xidməti ayda 1,5 dollar təşkil edəcək.

Siyahıda ikinci yerdə Nikaraqua, üçdə isə Kolumbiya qəralaşıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *