Neft bahalaşmaqda davam edir
London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti artmaqda davam edir.
Bu barədə Oxu.Az hərracların son nəticəsinə istinadən məlumat verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin mart fyuçeslərinin qiyməti 4,85% bahalaşaraq bir barelə görə 29,16 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,09% artaraq 29,51 dollar təşkil edib.
Mənbə:> Oxu.Az