Azərbaycanlı iş adamı əcnəbi klubu alır
Azərbaycanlı iş adamlarından biri Moldovanın “Saksan” klubunu himayəsinə götürə bilər.
Qol.az-ın Moldova mətbuatına istinadən yaydığı xəbərə görə, adı açıqlanmayan biznesmenin iranlı və türkiyəli ortaqlarıyla birgə komandaya sərmayə yatıracağı gözlənilir. Bununla bağlı rəsmi razılaşma barədə qərarın gələn həftə elan olunacağı bildirilir.
Qaqauzlara məxsus olan klubun - “Saksan”ın prezidenti Qriqori Kadınov moldfootball.com saytına azərbaycanlı biznesmenlə danışıqlar apardıqlarını təsdiqləyib. “Amma hələlik yekun razılaşma əldə olunmayıb”.
Q.Kadınov bildirib ki, tərəflər ortaq məxrəcə gəlsə, azərbaycanlı iş adamı klubun sahibi yox, sponsoru olacaq.
Qeyd edək ki, “Saksak” komandası hazırda Moldova yüksək liqasında sonuncu – 10-cu yeri tutur.
Mənbə:> Qol.az