Xaricdən Azərbaycana gətirilən ət məhsullarına nəzarət gücləndirilib
Azər Süleymanov açıqlama verib.
Ölkəyə xaricdən gətirilən ət məhsullarına nəzarət hər zaman olduğu kimi gücləndirilmiş qaydada həyata keçirilir.
AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) rəisinin və baş dövlət baytarlıq müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib.
O bildirib ki, idxaldan öncə bütün ət məhsullarının baytarlıq sertifikatı ekspertizadan keçirilir:
“Eyni zamanda məhsulun gətirildiyi ölkənin epizootik vəziyyəti təhlil olunur. Bundan sonra respublika laboratoriyasında hər bir məhsulun özünə uyğun keyfiyyət göstəriciləri yoxlanılır və nəticədən asılı olaraq məhsulun istifadəsinə icazə verilir. Bütün bunlar hamısı daimi nəzarətdədir”.
A. Süleymanov qeyd edib ki, ölkədə epizootik vəziyyət sabitdir.
Mənbə:> APA