BP Almaniyada 800 işçisini işdən çıxaracaq
Neft şirkəti BP Almaniyada 800 nəfər işçisini işdən çıxaracaq.
Oxu.Az xəbər verir ki, Almaniyanın Welt nəşrinin məlumatına görə, şirkətdə ümumilikdə 5000 işçi çalışır və onun 1/6-i işdən çıxarılma riski ilə qarşı-qarşıyadır.
BP-nin nümayəndələrindən biri nəşrə bildirib ki, rəhbərlik ilə bu məsələ müzakirə edilir.
“Amma o konkret rəqəmdən bəhs etməyib”, - deyə Welt yazıb.
BP işçilərin işdən çıxarılmasına səbəb kimi isə çətin və rəqabətli bazar şərtləri göstərib.
Mənbə:> Oxu.Az