ABŞ fond birjalarında rekord azalma » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

ABŞ fond birjalarında rekord azalma

ABŞ fond birjalarında rekord azalma


ABŞ-ın Dow-Jones indeksinin 2016-cı ilin əvvəlindən etibarən son 119 ilin rekord həddə enməsi dünya bazarlarında investorlar arasında təşvişə səbəb olub, CNN məlumat yayıb.

Oxu.Az xəbər verir ki, indeks 911 bənd və ya 5%-dən artıq dəyərdən düşüb və bu, 1897-ci ildən indiyədək ən pis göstəricidir.

"Fact Set" statistika şirkətinin hesablamasına görə, son 4 gün ərzində indekslərdəki azalma hesablama tarixinin ən böyük enməsi olub. ABŞ-ın Nasdaq - texnologiya indeksi 6% azalaraq son 16 ilin ən ciddi azalması ilə qarşılaşıb.

“İnvestorlar bu ili təşvişlə başlayıblar”, - CNN ABŞ fond bazarının azalmasını Yardeni Research şirkətinin rəhbəri Ed Yardeni şərh edərkən deyib.

ABŞ fond birjalarındakı bu sərt azalma Çin fond birjasının kəskin düşməsi və Çin Xalq Bankının milli valyuta - yuanı devalvasiya etməsi fonunda baş verib. Maliyyə bazarlarında yaranan təşvişə neftin qiymətinin düşməsinin də mənfi təsiri böyükdür.

Bazar iştirakçlarının təşvişinə səbəb son 12 ildə dünya neft qiymətlərinin ucuzlaşması da səbəb olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *