ABŞ birjaları işə yüksəlişlə başladılar
Çərşənbə axşamı Amerikanın fond indeksləri dünən Çinin qiymətli kağızlar bazarının ardınca kəskin azalmadan sonra, 3,4% artım nümayiş etdiriblər.
Oxu.Az xəbər verir ki, hərracların nəticələrinə görə, S&P 500 indeksi 1,35% - 1918,75 bəndədək, DJİA idenksi - 0,95% - 16022,21 bəndədək, yüksək texnologiyalı şirkətlərin NASDAQ indeksi isə 3,34% - 4677,35 bəndədək yüksəlib.
Qeyd edək ki, dünən dünya bazarlarında fond indeksləri kəskin azalma nümayiş etdirmişdi. Baş verənlər neftin qiymətində də azalmaya səbəb olmuşdu.
Mənbə:> Oxu.Az