Pensiyaçılara şad xəbər
Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev KİV nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq qətirən Fond sədri qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.
E.Mehdiyev eyni zamanda, Fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.
Mənbə:> Oxu.Az