Nazirlik işçi axtarır
Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant psixoloq vəzifələrə işə qəbulla bağlı elan verib.
Oxu.Az xəbər verir ki, vakant vəzifələr barədə elanlar “Tibb qəzəti”ndə yerləşdirilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində işə qəbul komissiyasına müraciət edərək aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
- Müəssisə rəhbərinin adına ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Tərcümeyi-hal
- Təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr
və klinik psixologiya üzrə maqistr proqramının diplomları)
- əmək kitabçasının surəti (mövcud olduğu halda)
Vakant “psixoloq” vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır.
Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzinə bir aylıq iş təcrübəsinə göndərilir.
Mənbə:> Oxu.Az