Dövlət işçi axtarır » AzNews.info -Xəbər portalı

SON VAKANSİYALAR


Maliyyə |  Marketinq |  İnzibati |  İnformasiya texnologiyaları |  Satış |  Dizayn
Hüquqşünaslıq |  Təhsil və elm |  Xidmət |  Sənaye və kənd təsərrüfatı |  Müxtəlif

Dövlət işçi axtarır

Dövlət işçi axtarır


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib.

Komissiyadan Oxu.Az-a verilən məlumata görə, sentyabrın 18-dən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edilib.

“Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur”-deyə, komissiyadan bildirilib.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 18 sentyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.

Bundan əlavə, kommissiyadan bildirilib ki, “ASAN xidmət”lə bağlı test imtahanları sentyabrın 21-də başa çatacaq:

“Sentyabrın 16-dan “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən hazırki göstəricilərə görə 254 nəfər test imtahanında iştirak edib. Onlardan 43-ü müsabiqədə uğur qazanıb. 189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları sentyabrın 21-də başa çatacaq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *