“Dövlət işi” axtaranların nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 30 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Bu barədə Oxu.Az-a Komissiyadan bildirilib.
Komissiyadan qeyd edilib ki, 30 vakant yerdən 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadı.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 28-dən sentyabrın 26-dək müraciət formalarını Komissiyayaya təqdim etməlidirlər.
Daha ətraflı aşağıdakı linkdən tanış olmaq olar:
http://www.csc.gov.az/index.php/home/article/1019
Mənbə:> Oxu.Az