Fitch manatın üzən məzənnəsindən yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fitch manatın üzən məzənnəsindən yazdı

Fitch manatın üzən məzənnəsindən yazdı


Azərbaycanın manatın üzən məzənnə rejiminə keçidi neftin ucuz qiyməti ilə meydana çıxmış fiksal siyasətdə dəyişiklikləri dəstəkləyəcək, bu barədə beynəlxalq reytinq agentliyi Fitch Ratings çərşənbə axşamı günü yayılmış bəyanatında deyilir.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, agentliyin yaydığı məlumata görə, manatın üzən məzənnəyə keçidi risklərdən azad deyil, belə ki, milli vayutanın kursunun enməsi onsuz da kövrək olan bank sektoruna xələl gətirəcək.

Eyni zamanda, manatın məzənnəsinin kəskin dəyişməsi neftin qiymətlərinə şokun fiskal təsirini azaldacaq, bu isə onun satışından əldə edilən gəliri artırmağa və ehtiyatları sabitləşdirməyə imkan verəcək.

Agentliyin məlumatına əsasən, 2015-ci ilin doqquz ayı ərzində ehtiyatlar 18 faiz azalıb, bu, fevral devalvasiyasından sonra manatın kursunun saxlanılması sayəsində olub.

“2016-cı il üçün ixtisar edilmiş büdcə hökumətin kapital xərcləri və vergi rüsumlarını korrektə etmək üçün qətiyyətli olması barədə fikrimiz ilə üst-üstə düşür. Bu, buferlərin qorunması üçün lazımdır”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, manatın devalvasiyası bank sektoruna öz təsirini göstərəcək, belə ki, kreditlərin əksəriyyəti xarici valyutada verilib. Bundan başqa, bəzi banklar qısa açıq valyuta mövqelərinə malikdirlər, bu isə ani itkilərə səbəb olacaq.

“Ortamüddətli perspektivdə devalvasiya kreditlərin yüksək dollarlaşdırılması sayəsində bank sektorunun aktivlərinin keyfiyyətində özünü büruzə verməyəcək. 2015-ci ilin üçüncü rübünün sonunda kreditlərin xarici valyutada payı kreditlərin ümumi həcminin 50 faizini təşkil edirdi. İlin sonuna qədər dollar kreditlərinin həcminin 60 faizə qədər artacağı gözlənilir”, - məlumatda deyilir.

Ölkədə borc götürənlərin bir çoxu xarici valyutada gəlirə malik deyillər, Fitch bunun kredit borclarının xidmətinin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracağını gözləyir.

“Biz həmçinin bəzi bankların 2015-ci ilin sonuna kapitalın adekvatlığına olan tələbləri pozacaqlarını gözləyirik”, - məlumatda deyilir.

Bununla yanaşı agentlik hesab edir ki, tənzimləyici bank sektorunda bəzi qayda pozuntularına göz yuma bilər.

Eyni zamanda, agentliyin fikrincə, lazım olarsa Mərkəzi bank sektorun ləğvinə dəstək ola bilər.

“Tənzimləyici artıq bu il banklara mübadilə əməliyyatlarını aparmaq üçün imkan yaradıb, bu isə yerli valyutanın likvidliyini təmin edir”, - məlumatda deyilir.

Fitch hesab edir ki, sektorun kiçik həcmləri hökumətin lazım olduğu halda dəstək göstərməsinə imkan yaradır.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *