Elman Rüstəmov bank əmanətçilərinə müraciət etdi » AzNews.info -Xəbər portalı

Elman Rüstəmov bank əmanətçilərinə müraciət etdi – VİDEO

Elman Rüstəmov bank əmanətçilərinə müraciət etdi


Bank sektorunda sabitlik bizim çox mühüm missiyamızdan biridir. İlk növbədə televiziya tamaşaçıları üçün qeyd etmək istəyirəm ki, bank sektorunda vəziyyət stabildir.

Oxu.Az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

AMB rəhbəri qeyd edib ki, bu gün bu sabitliyin başlıca göstəriciləri var.

“Bank sektorunun sabitliyinin ən başlıca göstəricisi beynəlxalq praktikada qəbul olunan kapital adekvatlığıdır. Beynəlxalq praktikada normalda bu 8%-dirsə, bu gün Azərbaycan bank sektorunda bu göstərici 17% səviyyəsindədir. Bu gün bankların likvidliyi 2 dəfədən çoxdur. Bank sektoru sabit bir sistemdir. Əvvələr də biz bank sisteminin müxtəlif stress-testləşməsini aparırdıq, o cümlədən də məzənnənin bu səviyyəyə çatması mümkün olan ssenarilərdən biri idi. Stress-testlərin nəticələri göstərir ki, bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər davamlılıq nümayiş etdirir. Və bütövlükdə əmanətçilər üçün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətimlə demək istəyirəm”, - deyə, E. Rüstəmov bəyan edib.

Mərkəzi Bank rəhbəri qeyd edib ki, bütün bunlara baxmayaraq, AMB bank sektorunun sabitliyini, onun dayanıqlığını artırmaq üçün əlavə tədbirlər planlaşdırır.

“Bu əsasən iki istiqamətdə həyata keçiriləcək. Tənzimləmə bazasının bir daha yumşaldılması imkan banklara əlavə kapitallaşma, likvidliyinin yüksəldilməsi, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması, əlavə maliyyə ehtiyatlarının yarandılması kimi imkanlar verəcək. İkincisi isə əhalinin əmanətləri ilə bağlıdır. Bütövlükdə əmanətlərin 80%-ə qədəri xarici valyutadadır. Onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıblar.

O ki qaldı əlavə sığortalanmaya, biz əmanətlərin sığortalanması sisteminin yaxşılaşdırılması istiqamətində işlərimizi tamamlayırıq. Azərbaycan əmanətçiləri üçün daha geniş və fundamental münbit bir şərait yaratmaq istəyirik ki, onların əmanətləri qorunub-saxlansın. Əmanətçilərin qayğıları bizim diqqət mərkəzimizdədir və hesab edirəm ki, onların narahat olması üçün heç bir elə bir ciddi əsas yoxudr”, - deyə, E. Rüstəmov bildirib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *