“Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır...” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır...” – NAZİR MÜAVİNİ

“Hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır...”


Xəbər verdiyimiz kimi, bu gün Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, içki içib uğur qazanan adam hələ görməyib:

"Normal adamlar normal formada öz kartı ilə gedib içkisini ala biləcək. Biz istəyirik insanlar küçədən, ordan-burdan mənşəyi bəlli olmayan içki alıb içməsin. Ən ucqar dağ kəndlərində belə post terminalların quraşdırılmasına həvəsimiz də var, planımızda.

Kimsə spirtli içki satmaq istəyirsə, gəlsin pulsuz post terminal alsın, müvafiq lisenziya alsın, sonra ticarətini həyata keçirsin. Vətəndaşlar isə içkiləri kredit, debit və digər ödəniş kartlarından istifadə edərək ala bilər. Bizim üçün bu dəyişiklik vergi yükünü artırmaq deyil, nağdsız ödəniş mədəniyyətini formalaşdırmaqdır. Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır".

Nazir müavini daha sonra qeyd edib ki, tütün məmulatlarını isə vətəndaş nağd ödənişlə ala bilər:

"Sahibkar isə tütün məmulatlarını ancaq nağdsız ödənişlə almalıdır".

Natiq Əmirov həmçinin qeyd edib ki, hər kəs əldə etdiyi gəlirə görə vergi ödəməlidir:

"Şou-biznes nümayəndələrinin gəlir uçotu yoxdur və bizə təqdim etmirlər. Biz toyları müşahidə edərək gəlirlərini hesablayıb vergi kəsə bilərik. Amma bu ədalətli olacaqmı? Biz kütləvi şəkildə o vergiləri toplanmasına başlasaq, yenə sual atəşinə tutulacağıq ki, bu nə qədər düzgündür. Biz onlara vergi uçotlarını qeydiyyata alıb təqdim etməyi təklif edirik. Amma növbəti illərdə bu uçotlar təqdim edilməsə, özümüz vergi kəsəcəyik".

Nazir müavininin sözlərinə görə, fərdi əmək fəaliyyəti ilə məşğul olan dayələrin, ustaların, repetitorların vergiyə cəlb olunması planlaşdırılır: "Bu gün üçün konkret bir şey demək mümkün deyil. Həmin şəxslərin vergiyə cəlb olunması barədə dünya praktikasında müxtəlif növ tədbirlər var. Vergilər Nazirliyi bu layihə üzərində işləyir. Bunun insanları incitmədən hansı formada, hansı mexanizmlə olacağı müəyyən edildikdən sonra mediaya açıqlanacaq".

***

Natiq Əmirov daha sonra qeyd edib ki, lüks mallara vergi qoyma dünyanın hər yerində tətbiq olunur: "Amma bu iqtisadiyyatın çətinlik çəkdiyi yox, çiçəkləndiyi dövrdə olur. Buna görə də bizim növbəti ildə lüks mallara verginin tətbiqi barədə təşəbbüsümüz yoxdur. Neftin qiymətini aşağı düşməsi vergi toplamalarına təsiri ola bilər. Vergi ödəmələri əhəmiyyətli dərəcədə azaldı".

Vergi toplamalarının 28-30 faizi neft sektoruna, 70-72 faiz isə qeyri-neft sektoruna aiddir.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *