“Austrian Airlines” Bakıya uçuşları dayandırır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Austrian Airlines” Bakıya uçuşları dayandırır

“Austrian Airlines” Bakıya uçuşları dayandırır


Avstriyanın Hava Yolları şirkəti - “Austrian Airlines” Bakıya uçuşları dayandırır.

Oxu.Az xəbər verir ki, bu barədə “Austrian Airlines”ın Bakı nümayəndəliyindən bildirilib.

Xatırladaq ki, indiyədək adı çəkilən şirkət Bakı-Vyana reysləri həyata keçirirdi.

Şirkətdən bildirilib ki, reyslərin dayandırılmasına səbəb tələbatın aşağı düşməsi və sərnişinlərin sayının azalmasıdır.

“Tələbatın aşağı düşməsii ilə əlaqədar olaraq “Austrian Airlines” Vyana-Bakı reyslərinin ləğv edilməsini qərara alıb”, - deyə şirkətdən bildirilib.

Adı çəkilən reys yanvarın 12-dən etibarən dayandırılır.

“Sonucu reys yanvarın 11-də həyata keçiriləcək, ləğv edilən reyslərin sərnişinlərinə alternativ variantlar təklif olunacaq”, - deyə şirkətin məlumatında bildirilir.

Şirkət yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *