Amerikada milyonlarla insan mağazalara axışdı » AzNews.info -Xəbər portalı

Amerikada milyonlarla insan mağazalara axışdı – VİDEO

Amerikada milyonlarla insan mağazalara axışdı


ABŞ-da Şükranlıq günündən 1 gün sonra milyonlarla insan “Qara Cümə” (Black Friday) adlandırılan böyük güzəştlərdən ibarət alış-veriş prosesində iştirak etmək üçün ölkənin iri ticarət mərkəzlərinə və hipermarketlərinə axın edib. ANS PRESS-in məlumatına görə, ABŞ-da artıq 10 ildən çoxdur ki, “Qara Cümə” günündə Milad və yeni il bayramı hədiyyələrinin alış-veriş mövsümü açılır.

Nyu Yorkda Meysiz, Peniy, Uolmart və Target kimi hipermarket şəbəkələrinin müxtəlif nöqtələrdəki dükanları qarşısında gecədən bəri uzun növbələr müşahidə olunub. Milli Pərakəndə Satış Federasiyasının hesablamalarına görə, həftəsonuna kimi davam edəcək kütləvi güzəşt kampaniyası ərzində 135 milyona yaxın insanın alış-veriş edəcək. Ötən ilki “Qara Cümə”də 133.7 milyon nəfərin alış veriş etməsi qeydə alınmışdı. Proqnozlara görə, hər hansı kənar təsirlər olmasa noyabr və dekabr ayları ərzində ABŞ üzrə ümumi satışlardan 630 milyard gəlir əldə olunacaq.

[media=http://https://youtu.be/5HG2MYX4N4s]

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *