Azərbaycanda qızıl istehsalı artdı
2015-ci ilin 10 ayı ərzində Azərbaycanda qızıl istehsalı 1 890,7 kiloqram təşkil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 24% çoxdur.
Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a verilən məlumata görə, 2015-ci il noyabrın 1-nə, hazır qızıl ehtiyatı 80,2, gümüş ehtiyatı isə 8 kq təşkil edir.
Bundan başqa, ölkədə gümüş istehsalı son bir ildə 59% aşağı düşüb.
Belə ki, 2015-ci ilin 10 ayı ərzində ölkədə 92,1 kq gümüş istehsal edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 59% azdır.
Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub.
Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli