1 milyardlıq "xiyar göydələn" – FOTO
"Xiyar" adlandırılan dünyanın ən böyük göndələnləridən olan bina Londonda yerləşir. ANS PRESS-in məlumatına görə, binanın sahibi Cozef Safra adlı braziliyalı milyarderdir. Binada onun "Safra Group" şirkəti yerləşir. Bina 726 milyon funt sterlinqə, 1,1 milyard dollardan çox vəsait hesabına tikilib.
180 metr hündürlüklü göydələn Sent-Meri küçəsində 2004-cü ildə təhvil verilib. Bu 10 il ərzində bina Londonun ikonasına çevrilib.
Binanı britaniyalı arxitektor Norman Fosterin layihəsi əsasında "Arup Group" tikinti şirkəti inşa edib.
"Forbes" dərgisi binanın sahibi bankir Cozef Safranın şəxsi mülkiyyətini 14,9 milyard dollar hesablayıb.
Mənbə:> ANSPRESS