Bu da "Halal KFC", amma bir gün sonra haram sayıldı... » AzNews.info -Xəbər portalı

Bu da "Halal KFC", amma bir gün sonra haram sayıldı...

Bu da "Halal KFC", amma bir gün sonra haram sayıldı...


Tehranda KFC brendi altında açılmış restoran bir gün fəaliyyət göstərdikdən sonra polis tərəfindən bağlanıb. Polis bağlanmanın səbəblərini izah etməyib.

Yerli jurnalistlərin ehtimallarına görə, bu restoran ABŞ mənşəli brendlə bağlı ola bilər.

İranda brendin istifadəsinə icazə vermədiyini bildirən ABŞ-dakı KFC şirkətinin rəhbərliyi bağlanmış restoran sahiblərinə qarşı məhkəmə iddiası qaldırmağa hazır olduğunu bəyan edib.

Restoran sahibləri ABŞ şirkətinə aidiyyətlərinin olmadığını bildiriblər. Onlar Türkiyədə məşhur olan "Halal KFC" brendi altında işlədiklərini deyirlər.

"Biz Türkiyədəki "Halal KFC" brendinin tərkibiyik. O, müsəlmanlara məxsusdur və müsəlman ölkələrinin bazarlarını hədəfləyir" - deyə restoranın rəhbəri Abbas Pazuki İranın "Tasnim" agentliyinə bildirib.

Abbas Pazuki Türkiyədəki "Halal KFC"-nin "ABŞ-dakı KFC-yə rəqib" olduğunu deyib.

Restoranda ümid edirlər ki, polis öz qərarını yenidən nəzərdən keçirib restoranın açılmasına icazə verəcək

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *