Gömrükdən ATV-yə cavab: 4500 manat rüşvət xəbəri yalandır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Gömrükdən ATV-yə cavab: 4500 manat rüşvət xəbəri yalandır – VİDEO

Gömrükdən ATV-yə cavab: 4500 manat rüşvət xəbəri yalandır


Oktyabrın 22-də “Azad Azərbaycan” televiziyasının efirində saat 21-də “ATV Xəbər” proqramında yayımlanan süjetdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyəti barədə yalan və böhtan xarakterli fikirlər yer alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda deylir ki, süjetdə Quba rayon Zərdabi kənd sakini Xeyrullayev Eynulla İbadulla oğlu müxbirin suallarına cavab verərkən Rusiya Federasiyasına apardığı kənd təsərrüfatı məhsuluna görə Azərbaycan gömrük orqanları əməkdaşlarının guya ondan qeyri-qanuni olaraq 4500 manat məbləğində pul aldığını bildirib.

"Ancaq aparılan araşdırma zamanı adıçəkilən şəxs fikirlərinin təhrif olunaraq yarımçıq şəkildə efirə verildiyini, müsahibə zamanı həmin vəsaitin ondan Rusiya Federasiyası tərəfində “NDS”, yəni əlavə dəyər vergisi şəklində alındığını qeyd etdiyini bəyan edib. Xeyrullayev Eynulla İbadulla oğlu onu da qeyd edib ki, Azərbaycan Respublikası gömrük orqanları, onun əməkdaşları ilə problemi olmayıb və onlardan hər hansı şikayəti yoxdur.

Eynulla Xeyrullayev televiziyanın efirində gedən süjetdə fikirlərinin təhrif olunmasını və müsahibənin kəsilərək efirə verilməsini Xaçmaz Gömrük İdarəsinə ünvanlandığı ərizədə də qeyd edib.

Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, hazırlanan süjet tamamilə yalan və böhtan xarakterlidir. Belə ki, ixrac olunan mallar üçün qanunvericiliyə əsasən hər hansı rüsum, vergi ödənilməsi nəzərdə tutulmayıb. Rusiya Federasiyası ilə sərhəddəki bölgədə yaşayan və satış məqsədilə dəfələrlə bu ölkəyə kənd təsərrüfatı məhsulları aparan bir şəxsin bundan xəbərsiz olması, bu mövzuda gömrük orqanlarına qarşı absurd ittihamlarla çıxış etməsi inandırıcı deyil.

Belə olan halda milyonlarla insanın izləyə biləcəyi bir müstəvidə ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji qurumun vəya əməkdaşlarının qanunsuz əməllərdə ittiham olunması, üstəlik yalan xarakterli bu məlumatların aidiyyəti qurumların mövqeyi öyrənilmədən yayımlanması yolverilməzdir.

Dövlət Gömrük Komitəsi bir daha bütün media nümayəndələrini peşə fəaliyyətlərini yerinə yetirərkən məsuliyyətli olmağa, ölkə qanunlarına hörmət etməyə çağırır", - deyə məlumatda qeyd olunur.

Xeyrullayev Eynulla İbadulla oğlunun qeyd olunan süjetlə bağlı verdiyi izahatının əks olunduğu video da məlumata əlavə olunub.

Gömrükdən ATV-yə cavab: 4500 manat rüşvət xəbəri yalandır



Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *