Tacikistanda ilk onlayn seks mağaza açılıb
Əhalisinin əksəriyyəti müsəlman olan Tacikistanda ilk onlayn seks mağaza işə başlayıb.
AzNews.info Azdalıg.org-a istinadən xəbər verir ki, mağaza hava ilə doldurulan gəlinciklərdən tutmuş vibrator əşyalara qədər seks oyuncaqları bir neçə sat ərzində sifarişçiyə çatdırmağı vəd edir.
sex_shop_tj online mağazasının adminstratoru AzadlıqRadiosunun tacik xidmətinə "Viber" vasitəsilə bildirib ki, onlar sifarişi müştəriyə ən tez 30 dəqiqə, ən gec 5 saat ərzində çatdıra bilərlər.
Adminstrator deyir ki, müştərilərin anonimliyi qorunur.
İnsagram və Tvitter-də hesabı olan mağaza yerini açıqlamır. Ancaq bildirilir ki, paytaxt Düşənbədə və ikinci böyük şəhər Xujand-da yaşayan müştərilərdən sifariş qəbul edilir.
70 dollara seks gəlincik
Hava ilə doldurulan gəlincik təxminən 70 dollardır. Bu isə Tacikstanda orta aylıq əmək haqqının yarısı deməkdir.
Sosial mediada yazılan şərhlərdə və Düşənbə küçələrində keçirilən sorğuları cavablandıranların bəzisi narahatdır ki, bu, mənəvi dəyərləri zədələyəcək. Digərləri hesab edir ki, alternativ azadlığının olması vacibdir.
“İndi 21-ci əsrdir...”
“Biz gəncləriminizi belə xəstəliklərdən qorumalıyıq. Sən istəməzsən ki, məktəbdə uşağına belə şeylər öyrədilsin”, - “Myhammad” adlı oxucu AzadlıqRadiosunun tacik xidmətinin saytına yazır.
“Azizov Azizov” Odnoklassniki-də yazır ki, bu adamlar xəstədir, gərək həkimə getsinlər.
Düşənbə sakini Behruz deyir ki, indi 21-ci əsrdir və İnternet dövrüdür: “Adamların seçiminə və arzularına nəzarət edə bilməzsən, etməməlisən də”.
Başqa bir oxucu yazır: “Çin istehsallı rezin gəlinlər- indi biz hər şey görürük”.
Ancaq dini liderlər, din üzrə mütəxəssislər hesab edirlər ki, seks mağazalar, erotik oyuncaqlar ənənəvi evliliyə, ailə dəyərlərinə, gənclərin mənəviyyatına zərbədir.
“Gəlinciklərlə seksual akt “zinadır”.
Tacikistan İslam Universitetinin professor Mavlavi Abdurahim Karimov real kişi-qadın arasında münasibətlərin tərəfdarıdır, onun fikrincə, gəlinciklərlə seksual akt “zinadır”.
Düşənbəli dindar Qobiljon Boev deyir ki, seks oyuncaqlardan istifadə İslam dəyərlərinə ziddir.
Dünyəvi hökumət olan Tacikistan hakimiyyətinin səylərinə baxmayaraq, mollalar tacik cəmiyyətinə nüfuz və təsirə sahibdirlər.
Amma seks mağazasının fəaliyyətə başlaması göstərir ki, tacik cəmiyyətində buna da yer var.
Mağaza administratoru bildirib ki, seks oyuncaqları biznesinə başlamaq üçün kifayət qədər müştəri var.
Mənbə:> Azadlıq.org