ADY: Bakı-Sumqayıt qatarlarında biletlər xeyli ucuzdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

ADY: Bakı-Sumqayıt qatarlarında biletlər xeyli ucuzdur

ADY: Bakı-Sumqayıt qatarlarında biletlər xeyli ucuzdur


Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Oxu.Az-a verilən məlumata görə, sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.

ADY-dən bildirilib ki, Tarıf Şurasının qərarı olduqca ədalətlidir:

“Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur”.

“Məsələn, Rusiyada fəaliyyət göstərən “Aeroekspress”də 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN təşkil edir.

Bundan başqa, Ukraynada şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistanda şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyədə 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstanda şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir”-deyə, qurumdan bildirilib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *