Azərbaycanda borc agentliklərinin fəaliyyəti necə tənzimlənir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda borc agentliklərinin fəaliyyəti necə tənzimlənir?

Azərbaycanda borc agentliklərinin fəaliyyəti necə tənzimlənir?

“Kredit borcu olanlar incidilir”.

Azərbaycanda kollektorlar haqqında qanun yoxdur, bununla belə bazarda bu işlə məşğul olan şirkətlər var. Hazırda kollektor şirkətləri (borc agentlikləri, problemli borcun məhkəmədən kənar alınmasında peşəkarlıqla ixtisaslaşdırılan agentlik - red.) hansı qanunvericilik əsasında fəaliyyət göstərirlər? Bu sahə üzrə qanunvericilik bazasının formalaşmasına ehtiyac varmı?

Oxu.Az Azərbaycanda təxminən 2 milyon yarıma yaxın kredit borcu olan şəxslərin mövcudluğunu nəzərə alaraq bu məsələni araşdırıb.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən kollektor şirkətləri sadə xidmətlər təklif edirlər. Bu isə qanunvericilik bazasının olmamasından qaynaqlanır:

“Onlar sahibkarlıq fəaliyyəti həyata keçirirlər və praktiki olaraq, Azərbaycanda kollektorlar haqqında qanun olmadığı üçün hazırda fəaliyyət göstərən kollektor şirkətləri yalnız xüsusi xidmət əsasında, yəni öz xidmətlərini təklif edirlər.

Bu xidmətlər kifayət qədər sadə xidmətlərdən ibarətdir. Kifayət qədər sadə xidmətlərdən biri olmasının səbəblərindən biri məhz Azərbaycanda qanunvericilik bazasının formalaşmaması ilə bağlıdır və qanunvericilik bazası formalaşmadığı üçün və eyni zamanda bu tip xidmətlərin həyata keçirilməsi qanunla edilmədiyi üçün bu gün istər özəl şirkətlər, istərsə də fərdi sahibkarlar fərdi olaraq kommersiya xidməti təklif edə bilirlər.

Kollektor fəaliyyətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericiliklə mümkündür”.

İqtisadçı qanunun qəbulunun vacibliyini vurğulayıb:

“Yeni qanunun qəbul edilməsi, nəzərə alsaq ki, burda kredit əməliyyatlarından söhbət gedir, o zaman daha məqsədəuyğundur ki, kollektor haqqında qanun qəbul edilsin və onların da öz mexanizmləri formalaşsın.

Həmçinin bankların və vətəndaşların aldadılması hallarına rast gəlinməsin, çünki qanunvericilik bazası olmadığı üçün bu fəaliyyətdə gələcəkdə fırıldaqların olması ehtimalını artırır.

Təklif edirik ki, qanun qəbul edilsin, qanunla Mərkəzi Banka kollektor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya versinlər. Məhz ondan sonra, kollektorlar digər inkişaf etmiş, hətta bəzi MDB ölkələrində olduğu kimi vəsaitlərin yığılması və banklara təqdim edilməsi istiqamətində fəaliyyət göstərsinlər” - deyə, Bayramov əlavə edib.

“Azcoll” kollektor şirkətinin rəhbəri Pərviz Məmmədov isə düşünür ki, qanunun qəbul edilməsi ilə yanaşı bu sahədə, etik davranış kodeksi, peşə standartları qəbul olunmalıdır:

“Qanunun eləcə də, etik davranış kodeksi, peşə standartlarının qəbul edilməsi ilə təsadüfi qeyri-peşəkar şəxslər bazardan çıxacaq. Bununla əhalini incitməzlər. Yəni onlar başa düşməlidirlər ki, müştərini söymək, incitmək, təhqir etmək olmaz. Müştərinin problemini, ödəniş imkanlarını öyrənmək lazımdır”.

Onun sözlərinə görə, kollektor müştərinin bankdan incik düşməsinin də qarşısını almalıdır:

“Bu gün qeyri-peşəkar kollektorlar ilk zəngdən müştəridən pul tələb edirlər. Çox vaxt isə kollektor deyəndə insanlar dava-dalaş salan insanları təsəvvür edirlər”.

P.Məmmədov qeyd edib ki, kollektorun güclü psixoloji, maliyyə bilikləri, analitik vərdişləri olmalıdır. Əgər bunlar olmayacaqsa, qanunla belə bu məsələləri tənzimləmək mümkün olmayacaq.

Məmmədov onu da əlavə edib ki, hazırda kollektor fəaliyyəti mülki məcəllənin tapşırıq müqaviləsi üzrə bəndləri ilə, məhkəmə təqibi isə mülki prosessual qanunvericiliklə tənzimlənir.

Şirkətin rəhbəri kollektorların işə götürülmə mexanizmindən də danışıb:

“Məsələn, bizim əməkdaşlarımız arasında 5-6 il bu sahə ilə məşğul olan şəxslər, eləcə də onların rəhbərliyi altında özünü inkişaf etdirən kadrlar var. İşçini işə qəbul edərkən onun məntiqi düşüncə tərzi, analitik qabiliyyəti, inandırıcılıq qabiliyyəti yoxlanılır, ondan sonra işçi barəsində qərar verilir”.

Öz növbəsində, Milli Məclisin deputatı Vahid Əhmədov isə düşünür ki, bazarda bu cür şirkətlərin mövcudluğuna, eləcə də qanunvericilik bazasının yaradılmasına ehtiyac yoxdur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *