Neftin qiyməti sabitləşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin qiyməti sabitləşəcək – PROQNOZ

Neftin qiyməti sabitləşəcək


Çox yaxşı bilirik ki, yaxın 10 il ərzində nefti başqa bir mənbə ilə əvəz edəcəyimiz alternativimiz yoxdur. Bu gün də neftə olan tələb çox yüksəkdir, ona görə də qiymətlərin qısa zamanda kəskin düşəcəyini təxmin etmirəm.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu barədə analitiklər bildirib.

Analitik qeyd edib ki, qiymətlərdə azalmalar yaxın zamanda da təkrarlanacaq, amma sonra artım müşahidə ediləcək:

“Bu həftə neftin qiymətində baş verən artım və azalmalar bizə bu barədə bəzi ipucları verdi. Qiymətlərdə yenidən tarazlıq müşahidə ediləcək.

Qiymətlər hazırkı vəziyyətə çatacaq. Amma son günlər davam edən kəskin azalma olacağını düşünmürəm”.

Vəziyyətdən məmnun olmayan OPEK vəziyyətə müdaxilə edə bilərmi sualına isə analtik qeyd edib ki, qiymətlər ilə əlaqədar olaraq təşkilat iclas keçirə bilər:

“Qiymətlər ilə əlaqədar olaraq, OPEK toplana bilər, amma qiymətlərin hazırda sabitləşməsi vəziyyəti dəyişə bilər, qeyd olunan iclas təxirə salına bilər. Belə olan halda, növbəti iclas dekabrda baş tutacaq”.

Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 50,21 dollar, Texas markalı neftin qiyməti isə 46,23 dollardır.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *