Arıçılar uzunmüddətli kreditlər istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Arıçılar uzunmüddətli kreditlər istəyir

Arıçılar uzunmüddətli kreditlər istəyir


Azərbaycanda arıçılar uzunmüddətli kreditlər əldə etmək istəyir.

Oxu.Az Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir ki, bu barədə nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ilə görüşdə ölkənin qabaqcıl arıçıları bildirib.

Onlar bildiriblər ki, son illərdə arıçılığın daha da inkişaf etdirilməsi ilə əlaqədar istehsal olunan məhsulun tədarükü, qablaşdırılması və marketinqinə tələbat artığından uzunmüddətli kreditlərin verilməsinə ehtiyac var.

Görüşdə arıçılıqda mövcud problemlər və onların həlli yolları müzakirə edilib, dövlət tərəfindən müvafiq dəstəyin göstərilməsi üçün arıçılara biznes plan layihələrinin hazırlanması və bu sənədlərin Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinə təqdim etmələri tövsiyə olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *