Neft bahalaşdı
Nyu-York əmtəə birjasında hərracların gedişində WTI (West Texas Intermediate) markalı neftin qiyməti 1,07 dollar və ya 2,72% bahalaşaraq, bir barelə görə 39,31 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0,52 dollar və ya 1,20% artaraq 43,21 dollara çatıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli