Azərbaycanda avronun bahalaşma səbəbləri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda avronun bahalaşma səbəbləri açıqlandı – RƏY

Azərbaycanda avronun bahalaşma səbəbləri açıqlandı


Dünya bazarında avronun məzənnəsi dollara nisbətdə son iki həftədə 7% dəyər qazanıb. Avronun bahalaşması onun dünya bazarında bahalaşması ilə bağlıdır.

Oxu.Az-a bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov dünyada avronun bahalaşma səbəblərindən danışarkən qeyd edib.

“Biz avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz vermişdik. Porqnoz onunla bağlı idi ki, Çin milli valyutası olan yuanın məzənnəsinin aşağı düşməsi fonunda ABŞ məzənnə siyasətinə müəyyən korreksiyalar etməli idi. Beləliklə, dolların yumşaldılması fonunda avro bahalaşır.

Dolların yumşaldılmasına başqa bir səbəb isə, ABŞ iqtisadiyyatında geriləmənin baş verməsi ilə bağlıdır. ABŞ birjaları iş həftəsinin ilk gününü neqativ başa vurdu” - deyə, V.Bayramov bildirib.

“Azərbaycanda avronun bahalaşmasına gəldikdə isə, avro birvalyuta səbətinə daxil olduğu üçün dolların yumşaldılması Azərbaycanda manat-avro münasibətlərinə də öz təsirini göstərib”, deyə, ekspert qeyd edib.

V.Bayramov ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrda uçot dərəcəsini dəyişib-dəyişdirməyəcəyi ilə bağlı qərarının dollar-avro münasibətlərində həlledici rol oynayacağını bildirib.

“FED uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edəcəksə, bu halda avronun məzənnəsi bahalaşmağa başlayacaq”.

Qeyd edək ki, dünən bir avro almaq üçün 1,17 dollar ödəmək lazım gəlirdi. Onu da əlavə edək ki, hazırda Azərbaycanda bir avro 1, 2078 manatdır. Bir öncəki gün isə bu rəqəm 1,1994 manat olub. Bir gün içində avronun məzənnəsi 0,7% artıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *