“Akkord” 1,3 milyard manatlıq borc xəbərini təkzib etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Akkord” 1,3 milyard manatlıq borc xəbərini təkzib etdi

“Akkord” 1,3 milyard manatlıq borc xəbərini təkzib etdi


“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Azərbaycan Beynəlxalq Bankına 1,3 milyard manat borcu olması barədə xəbərləri təkzib edib.

AzNews.info fins.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə bununla bağlı mətbuatda yayılan məlumatlar reallığı əks edirmir.

Şirkətin rəhbərliyi bildirir ki, “Akkord” Azərbaycanda təsis edilən ən böyük tikinti və istehsalat şirkətlərindən biridir. Şirkətin digər ölkələrdə də layihələri həyata keçirilir.

“Bütün bu istehsalat investisiyaları və infrastruktur layihələrini həyata keçirən zaman “Akkord” un öz vəsaitlərindən əlavə digər maliyyə vəsaitlərinin ölkənin ən böyük banklarından biri ilə əməkdaşlıq edərək cəlb etməsi, Akkord Korporasiyası üçün iqtisadi əhəmiyyəti olan zəruri bir əməkdaşlıqdır və bu da öz növbəsində bazar iqtisadiyyatı üçün normal bir haldır” - deyə açıqlamada bildirilir.

Şirkət Beynəlxalq Banka olan borcunun məbləğinin də göstərilən qədər olmadığını bildirib:

“Bildirmək istəyirk ki, məqalədə qeyd olunan məbləğ heç də reallığı əks edirmir”.

Bununla yanaşı, qeyd edək ki, şirkət ABB-yə olan borcunun dəqiq məbləğini yenə də açıqlamayıb.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *