Şaxta Baba müflis oldu » AzNews.info -Xəbər portalı

Şaxta Baba müflis oldu

Şaxta Baba müflis oldu


Finlandiya Şaxta Babasının Laplandiyada Rovaniyem şəhərindəki kabineti vergilərin ödənilməməsi səbəbindən müflis olub, bu barədə cümə axşamı yerli “Yle” teleradio şirkəti məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, dairə məhkəməsi fin Şaxta Babasının turistlərlə görüşünü təşkil edən Dianordiya şirkəti 206 min avro məbləğində vergini ödəmədiyi üçün müflis olduğunu elan edib.

Şaxta Babanın kabinetini təmsil edən Dianordiya şirkəti, Rovaniyem şəhərində turistlərə Yeni il və Milad bayramının simasını canlandıran personajı görmək və onunla şəkil çəkdirmək imkanı yaradan üç şirkətdən biridir.

Digər – Şaxta Baba Parkı və Şaxta Baba kəndi şirkətlərindən fərqli olaraq – Şaxta Baba Kabineti il boyu işləyir.

Bu ilin mayında Finlandiyanın vergi orqanları şirkətə vergilərin ödənilməyəcəyi təqdirdə ona qarşı müvafiq addımların atılacağı barədə xəbərdarlıq etmişdilər, iyulun 31-də isə şirkətin müflis olması barədə sənədlərin tərtib olunması prosesi başlayıb.

Şaxta Babanın kabinetinin idarəçisi Yarmo Kariniyemi “Yle” teleradio şirkətinə açıqlamasında bu qərara yenidən baxılacağına ümid etdiyini bildirib. Finlandiyanın vergi qanunvericiliyinə müvafiq olaraq, şirkətin borcları ödəmək və ya hökumət ilə digər razılığa gəlmək üçün səkkiz gün vaxtı var.

Üç şirkət arasında ən qədimi Finlandiya Şaxta Babasının kabinetidir. Keçən il onun maliyyə dövriyyəsi iki milyon dollara yaxın olub. Kabinetdə 20 əməkdaş çalışır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *