Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Dəb, Foto

Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək


Avqustun 15-də Türkiyənin İzmir şəhərində “Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu haqda Oxu.Az-a məlumatı layihənin milli direktoru, təşkilatçı Aqil Məmiyev verib:

“Hazırda təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə yarışma ilə bağlı hazırlıqları bitirmək üzrəyik. Qeyd etmək istəyirəm ki, “Miss Exclusive of the World” müsabiqəsinin Azərbaycan təmsilçisi Günel Şirəliyeva və Tatarıstan təmsilçisi Liliya Alekseyeva müsabiqənin milli geyim gecəsində həmişə olduğu kimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovaya müraciət etmişik.

Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu, ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı”.

Qeyd edək ki, bu il final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək. Amma seçilən təmsilçilərimiz 28 iyuldan kampda iştirak üçün İzmirə yola düşəcəklər.

Müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurlar yer alacaq.

Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova təmsil etmişdi.

Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək
Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək
Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək
Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək
Azərbaycanı beynəlxalq model müsabiqəsində bu qız təmsil edəcək

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *