“Özçivit mənə evlilik təklifi etdi” - “Bambi”nin solisti
Rumıniyada fəaliyyət göstərən “Bambi” adlı musiqi qrupunun solisti Denisa Tanase Nin aktyor Burak Özçivit haqqında maraqlı iddialar irəli sürüb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Türkiyədə tətildə olduğu zaman Burak Özçivitlə tanış olduğunu, aktyorun ona evlilik təklifi etdiyini, hətta uşaq sahibi olmaq istədiyini bildirib.
Müğənninin açıqlamasından sonra Özçivitin fanatları sosial şəbəkədə ifaçının yanıldığını, Burakla “Bu tarz benim” yarışmasının iştirakçısı Barış Egemen Köçəri səhv saldığını iddia ediblər. Daha sonra Köçəri və Tanasenin Belekdə eyni oteldə çəkilən şəkillərini paylaşıblar.
Mənbə:> Qafqazinfo.az