Baş nazir gey nikahı bağlayacaq
Lüksemburqun baş naziri Ksavye Bettel cümə günü Olivye Destene ilə rəsmi olaraq gey-nikaha daxil olacaq. Bu barədə “Le Paris Match” bildirib.
millixeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Lüksemburqda homoseksual nikahlara 11 ay əvvəl qanunvericiliklə icazə verilib və hökumət başçısı bundan istifadə etməyi qərara alıb.
Ksavye Bettelin 42 yaşı var, o, 2013-cü ildən Lüksemburqun baş naziri, Demokratik partiyanın üzvüdür.
Daha öncə Bettel öz homoseksuallığını gizlətmədən qeyd etmişdi:
“Bir həyatımız var, gizlənmək bir iş deyil”
Amma yeni evlənən cütlük toylarında jurnalistləri görmək istəmədilər.
Ksavye Bettelin sevgilisi ixtisasca memardır. Lüksemburqun baş naziri “Los Anceles Taym”a verdiyi müsahibəsində bildirib ki, məhz Qotye ona evlilik təklifi edib:
“O mənə evlilik təklifi etdi, mən də razılaşdım”.
Bettel və Destene dəfələrlə rəsmi tədbirlərə – Lüksemburqun vəliəhd şahzadəsi Giyomun toy məclisinə bərabər gəliblər.
Mənbə:> millixeber.com