"Emil kimi həyasız şou-biznes nümayəndəsi görməmişəm"
"İndiyədək Emil kimi həyasız şou-biznes nümayəndəsi görməmişəm"
Bu sözlər Azərbaycanın məşhur teleaparıcısı Aytən Səfərovaya məxsusdur.
ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Salam, Azərbaycan" proqramının aparıcısı "Maşın" realiti şounun dünənki buraxılışı zamanı sosial şəbəkədə qalmaqallı status paylaşıb.
Aparıcının stilist Anar Ağakişiyev və müğənni Emil Bədəlov arasında mübarizəyə reaksiyası belə olub: "Emil kimi həyasız şou-biznes nümayəndəsini indiyədək görməmişəm. Kişi özünü belə aparmaz. Biabırçılıqdı, vallah. Xahiş edirəm, Anara səs verin".
Aparıcının belə düşünməsinə dünən "Maşın"da efirə verilən müğənni Emil Bədəlovun Mehriban Xanlarova ilə mübahisəsinin efirə verilən kadrları da ola bilər. Gündüz çəkilən görüntülərdə Bədəlov aktrisa ilə yüksək səslə dava edir və hətta onun üstünə hücum da çəkir.
Xatırladaq ki, ən çox şəkli atılan Anar Ağakişiyev 82,91 faiz səs toplayaraq mübarizəni davam etdirdi. O, müğənni Rüfət Axundovu şoudan uzaqlaşdırdı.
Mənbə:> ANSPRESS