Bülent Ersoy mərhum prezidentin ona verdiyi əziyyətdən danışdı – VİDEO
Dörd gün əvvəl dünyasını dəyişən Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən haqqında yazılan xəbərlər səngimək bilmir.
ANS PRESS-in məlumatına görə, dövrünün ən qəddar siyasətçisi olaraq tanınan K.Evrənə ölümündən sonra halallıq verməyənlərdən biri də məşhur türkiyəli sənətçi Bülent Ersoy olub.
Televiziyalardan birinin xəbər proqramına canlı olaraq qoşulan müğənni, Türkiyədə hərbi çevrilişlə hakimiyyətə gələrək 7-ci prezidenti olmuş Kənan Evrənin ona da əziyyətlər etdiyini dilə gətirib.
“O, mənə stulda oturub ayağa qalxmadan mahnı oxumalısan dedi. Halbuki mən ayaqüstə olakən kiməmsə, oturarkən də oyam, üzümü bağlasanız da. Allah-Təala ona bu dünyada cəhənnəmi yaşatdı. Etibarı əldən getdi. Prezidentliyə qədər qalxan o adam, axırda gəlib əsgər oldu”, - deyə müğənni bildirib.
Bundan başqa B.Ersoy ona görə 8 il səhnədən uzaq qaldığını da etiraf edib və bir qul olaraq haqqını halal etmədiyini vurğulayıb.
Qeyd edək ki, Kənan Evrən Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident kimi tanınır. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlib, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilib.
Post by aznews.info.
Mənbə:> ANSPRESS