Xoşqədəm və Doğuşun toyundan maraqlı kadrlar üzə çıxdı – VİDEO
Azərbaycanın tanınmış teleaparıcısı Xoşqədəm Baxşəliyeva ilə məşhur türk sənətçisi Doğuşun 4 ay əvvəl baş tutan toyundan maraqlı kadrlar üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, videoda skripka ifa edərək oxuyan və rəqs edən balaca qızın performansı bəy və gəlini şoka salıb.
Təxminən 5-6 yaşlarında olan balaca bir qız əvvəlcə stulun üstünə çıxıb Xoşqədəmlə Doğuşu təbrik edir. "Xoşbəxt olun, o gün olsun mənim üçün olsun" - dedikdə hər kəs gülür. Daha sonra isə yerə tullanaraq şou göstərməyə başlayır.
Bu balaca qızın adının Nuray olduğu bildirilir.
Balaca qızın toyda böyük marağa səbəb olan şousunu təqdim edirik:
Xatırladaq ki, Xoşqədəm Baxşəliyeva ilə Doğuşun toyu 25 dekabr 2014-cü ildə olub.
Mənbə:> ANSPRESS