Burak Küveytdə 80 qadınla görüşəcək
Yaxın Şərqdə çox sevilən aktyor Burak Özçivit gələn il 14 fevral "Sevgililər günü"nü Küveytdə keçirəcək.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamilə xanımı Fahriyə Evcendən uzaq olacaq Burak 80 qadınla görüşəcək, söhbət edəcək, şəkillər çəkdirəcək.
Qeyd edək ki, bu, Özçivitin Küveytə ilk səfəri deyil. O, bundan öncə adı çəkilən ölkədə yerləşən bir bankın reklam siması olub və 3 milyon lirə qonorar alıb.
Mənbə:> Oxu.Az