Burak Özçiviti kökəldən 7.5 milyonluq SƏBƏB – FOTO
Aktyor Burak Özçivitin çəkdiyi iki film uğursuz alınıb.
“Ölkə.Az” xəbər verir ki, Burak bu iki filmə görə 7.5 milyon lirə (3 milyon manat) ziyana düşüb. Maddi ziyana düşən aktyor depresiyadan yemək yeməyə başlayıb və bir xeyli kökəlib.
Bu yaxınlarda dəvət edildiyi tədbirdə iştirak etmək üçün Sloveniyaya səfər edən Özçivitin uzun saçı, saqqalı və kökəlməsi onu görənləri şoka salıb.
Digər tərəfdən isə aktyor “Star TV” ilə 80 seriyalıq serial layihəsi barədə müqavilə imzalasa da, layihə tam dəqiqləşməyib.
Qeyd edək ki, aktyor kanalın siması olmaq üçün 300 min dollar qonorar alıb.
Mənbə:> Ölkə.Az