Qırğız müğənnini alt paltarında klipə görə ölümlə hədələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Qırğız müğənnini alt paltarında klipə görə ölümlə hədələdilər – VİDEO

Qırğız müğənnini alt paltarında klipə görə ölümlə hədələdilər


Qırğızıstanın gənc müğənnisi Zere Asılbekin həyatı təhlükədədir, bəzi şəxslər onu yeni klipinə görə təhdid edirlər.

Oxu.Az dni.ru-ya istinadla xəbər verir ki, klipdə ifaçı pencək, büstqalerdə və ətəkdə görünüb.

Məlumatlara görə, 19 yaşlı müğənninin “Qız” adlı klipi həmyerliləri tərəfindən qəzəblə qarşılanıb. Onlar bunun təhqir olduğunu bildiriblər. Həmin şəxslər nəinki ifaçının geyiminə, eyni zamanda musiqinin sözlərinə sərt reaksiya veriblər. Musiqidə ifaçı qadınların hüquqları haqqında danışır.

Klip işıq üzü gördükdən sonra ifaçıya çoxlu sayda təhdidlər edilir. Müğənni bu məsələ ilə bağlı polisə müraciət edib. Hüquq-mühafizə orqanları onu qoruyacaqlarını bildiriblər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *