Türkiyənin məşhur aktyoru həbs olundu
Türkiyənin tanınmış aktyoru Ufuk Bayraq 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Buna səbəb 2007-ci ildə odlu silahla mübahisəyə girməsi olub. Uzun illərdir davam edən məhkəmədən sonra Ufuk Bayraqa 6 ay həbs cəzası verilib.
36 yaşlı aktyorun artıq 20 gündür həbsxanada olduğu bildirilir.
“Ezəl”, “Vətənim sənsən” seriallarında canlandırdığı rollarla tanınan Ufuk Bayraq həmçinin, bir neçə bədii filmdə də çəkilib.
Mənbə:> Teleqraf